Bu ölkədə 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılır
Bu ölkədə 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılır
Argentina prezidenti Xavyer Miley 70 minə yaxın dövlət qulluqçusunu işdən çıxarmağı planlaşdırır.
Xəbər verilir ki, bu barədə Argentina prezidenti Latın Amerikası İqtisadçıları Forumunun bağlanışında deyib.
Onun sözlərinə görə, 50 min dövlət qulluqçusunu işdən çıxarılıb:
Hökumət martın 31-də başa çatan on minlərlə “lazımsız” müqaviləyə xitam vermək niyyətindədir.
Qeyd edək ki, Xavyer Miley Argentina prezidenti vəzifəsinə 10 dekabr 2023-cü ildə başlayıb. O, dövlət başçısı kimi ilk çıxışında ölkədəki vəziyyəti kritik adlandırıb və iqtisadiyyatda şok terapiyasına ehtiyac olduğunu bildirib. Libertar siyasətçi dövlətin iqtisadiyyata minimal müdaxiləsini, inflyasiyanın qarşısını almaq üçün Argentina Mərkəzi Bankının ləğvini və dövlət şirkətlərinin özəlləşdirilməsini müdafiə edir. İlk tədbirlərdən biri kimi Miley hökuməti nazirliklərin sayını 18-dən 9-a endirib.
Azadsoz.com