Şənbə, 27 Aprel

Batdığı palçığa təkrar girənlər – Solovyov Azərbaycan düşmənçiliyini gizlədə bilmədi

image

Məsəl var, deyərlər, “eşşək batdığı palçığa bir də girmir”. Ağlı və dərrakəsi uzunqulaq qədər də olmayan qalmaqallı rusiyalı telejurnalist Vladimir Solovyovun gönü necə qalındırsa, yenidən batdığı yerə girib.

Xatirinizdədirsə, bir neçə il öncə, 28 iyun 2022-ci ildə adını çəkməyə belə iyrəndiyimiz bu məxluq Qarabağdakı qondarma və kriminal rejimin qalıqlarının “xarici işlər naziri” David Babayanla müsahibəsinə görə siyasi səhvə yol verdiyini etiraf etmişdi. Həm öz teleqram kanalında, həm də “Rossiya” telekanalındakı “Solovyovla axşam” proqramında Azərbaycan tərəfindən üzr istəmişdi.

“Başqa ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Mən şəxsən bu prioritetlə tamamilə razıyam. Dünən səhər efirimdə Bakıda yolverilməz sayılan hadisələr baş verdi. Mən öz adımdan Azərbaycandan üzr istəyirəm, çünki bu, mənim şəxsi siyasi səhvimin nəticəsi idi. Çətin vaxtdır, səhvlər olur”, – “Solovyovla axşam” proqramının müəllifi o zaman efirdən demişdi.

Güman etmək olardı ki, bu cür biabırçılıqdan sonra ermənidən daha artıq ermənilik edən aparıcı “Azərbaycan” sözünü dilinə gətirməzdən öncə “min ölçüb, bir biçər”.

Amma “qozbeli qəbir də düzəltmirmiş”. Azərbaycanəsilli rusiyalı biznesmen Araz Ağalarovun sahibi olduğu “Crocus City Hall” kompleksində törədilmiş terror aktından sonra təpədən dırnağadək ermənipərəst olan Vladimir Solovyov həmin amansız hadisədə “Azərbaycan izi” axtarmağa girişib.

Bu olay göstərdi ki, Solovyov xəstə təxəyyülündən, yəni Rusiya-Azərbaycan münasibətlərinə nifaq salmaq niyyətindən əl çəkməyib.

Artıq Azərbaycan Mətbuat Şurası rusiyalı jurnalistin yolverilməz hərəkətini qətiyyətlə pisləyib, bu hərəkəti “cəmiyyətin yanlış yönləndirilməsi”, “informasiya təxribatı”, “media prinsipləri, söz və ifadə azadlığının imkanları ilə aşkar manipulyasiya” kimi qiymətləndirib

Terrorçunun heç bir milli və dini mənsubiyyətinin olmadığını xatırladan MŞ diqqətə çatdırıb ki, hadisəni törətməkdə təqsirli bilinən şəxslər müəyyənləşib və Solovyovun konsprioloji təfəkkürünü işə salmasına heç bir ehtiyac yoxdur: “Bu şəxsin hansı dairələrin “sifarişlərini” yerinə yetirdiyi məlumdur. Onun erməni əsillilər – rusiyalı jurnalist Marqarita Simonyanla və media maqnatı Aram Qabrielyanovla “işbirliyini” təsdiqləyən faktlar həm Rusiya, həm də Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Bu “trio” hələ 2016-cı ildə ölkəmizi terrorçu İŞİD-lə əlaqələndirmək istəmişdi. Solovyovun “Crocus City Hall” olayı ilə bağlı eyhamları eyni yarıtmaz dəst-xəttin davamıdır. Hiss olunur ki, başlıca məqsədi Azərbaycan-Rusiya münasibətlərinin hazırkı yüksək səviyyəsinə xələl gətirməkdir”.

MŞ Rusiya mediasına, eləcə də ölkə ictimaiyyətinə müraciət edərək, Vətəni və xalqı qarşısında heç bir məsuliyyət hissi duymadığı aşkar görünən, peşəni qərəz alətinə çevirmiş jurnalistin hərəkət və davranışlarına biganə qalmamağa çağırıb. Qurum V.Solovyova qarşı zəruri ictimai qınağın formalaşacağına, bu şəxsin əməllərinə layiqli hüquqi qiymət veriləcəyinə ümidvar olduğunu bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45