Şənbə, 27 Aprel

Kreml NATO Baş katibinin Cənubi Qafqaza səfərinə münasibət bildirdi

image

Kreml NATO Baş katibi Yens Stoltenberqin Cənubi Qafqaza səfərinə münasibət bildirib.

Xəbər verilir ki, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib ki, “NATO-nun Qafqazda mövcudluğunu möhkəmləndirmək üçün ümumi niyyəti onlara yaxşı məlumdur və necə deyərlər, bu, adi gözlə belə görünür”.

Onun sözlərinə görə, “belə bir düşüncə var ki, NATO-nun hansısa yolla öz təsirini və mövcudluğunu genişləndirmək cəhdləri çətin ki, Qafqaza sabitlik gətirə bilsin”.

Rusiya liderinin mətbuat katibi onu da qeyd edib ki, belə təmaslar Cənubi Qafqaz dövlətlərinin “suveren hüququ”dur.

O, prosesi diqqətlə müşahidə etdiklərini də vurğulayıb.

Qeyd edək ki, Yens Stoltenberq martın 17-də Azərbaycana, martın 18-də Gürcüstana, bu gün isə Ermənistana səfər edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45