Şənbə, 27 Aprel

Sabahdan 7 günlük Novruz tətili başlayır 

image

Sabahdan, martın 20-dən Azərbaycanda Novruz bayramı ilə əlaqədar bir həftə (7 gün) qeyri-iş günü olacaq. 

Xəbər verilir ki, Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il martın 20-si, 21-i, 22-si, 23-ü və 24-ü Novruz bayramı günləri müəyyən edilib. 

Martın 23-ü və 24-ü şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Azərbaycanın Əmək Məcəlləsinə əsasən, martın 25-i və martın 26-sı da qeyri-iş günləri olacaq. 

Beləliklə, Novruz Bayramı ilə əlaqədar 7 gün ardıcıl (martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-sı) qeyri-iş günləridir. 

Azərbaycanda bayram tətilindən sonra növbəti iş günü martın 27-dir. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45