Şənbə, 27 Aprel

Sürücülərin NƏZƏRİNƏ: Əsas prospektlərdən birində təmir başlayıb - FOTO

image

Ötən gündən etibarən paytaxtın 8 Noyabr prospektində əsaslı təmir işlərinə start verilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumatda bildirilir ki, 8 Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Artıq yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə edilirdi. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahat hərəkətə maneə yaradırdı:

“Əsaslı təmir işlərinə prospektin Yusif Səfərov küçəsi ilə kəsişməsindən Zığ dairəsi istiqamətində start verilib. Hazırda ərazidə köhnə səki daşlarının söküntüsü işləri aparılır.

İşlərin aparıldığı ərazidə hərəkət məhdudlaşdırılmayıb. Yalnız ərazidən keçən avtonəqliyyat vasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımından müəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiq edilib”

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45