Şənbə, 27 Aprel

Konfrans Liqası: “Fənərbağça” 1/4 finalda Yunanıstan klubu ilə qarşılaşacaq

image

UEFA Konfrans Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.

Məlumata görə, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində 1/4 finaldakı cütlərlə yanaşı, yarımfinalda üz-üzə gələcək potensial rəqiblər də müəyyənləşiblər.

Ən güclü səkkiz komanda arasında yer alan Türkiyənin “Fənərbağça” klubu növbəti raundda Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşacaq.

1/4 final:

“Brügge” (Belçika) - PAOK (Yunanıstan)

“Olimpiakos” (Yunanıstan) - “Fənərbağça” (Türkiyə)

“Aston Villa” (İngiltərə) - “Lill” (Fransa)

“Viktoriya” (Çexiya) - “Fiorentina” (İtaliya)

Yarımfinal:

“Aston Villa” / “Lill” cütünün qalibi - “Olimpiakos” / “Fənərbağça” cütünün qalibi

“Viktoriya” / “Fiorentina” cütünün qalibi - “Brügge” / PAOK cütünün qalibi

Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-də və 18-də, yarımfinalın matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda baş tutacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45