Bazar, 19 May

Putin-Bayden görüşünün keçiriləcəyi oteldə bütün nömrələr alınıb - Foto

image

ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında Cenevrədə görüşün keçiriləcəyi yer hələ açıqlanmayıb. Amma jurnalistlər onların “İntercontinental” otelində görüşəcəyinə dair dəlillər əldə ediblər. Belə ki, oteldə bütün nömrələr iyunun 11-dən 18-ə qədər alınıb. Bayden-Putin sammitinin iyunun 16-da baş tutacağı gözlənir.

İsveçrə KİV-ləri yazırlar ki, görüşün “İntercontinental” otelində keçirilməsi planlaşdırılır. 1985-ci ildə o vaxtkı ABŞ prezidenti Ronald Reyqanla SSRİ rəhbəri Mixail Qorbaçovun danışıqları da həmin oteldə olmuşdu. Hələlik görüşün həmin oteldə keçiriləcəyinə dair informasiyanı tərəflər rəsmən şərh etməyiblər. O cümlədən otelin əməkdaşı hər hansı şərh verməkdən imtina edib. Bununla belə təsdiqləyib ki, oteldə 11-18 iyun tarixlərində nömrə bron etmək mümkün deyil.

Hələlik otelin ətrafında sammitə hazırlıqla bağlı hansısa canlanma müşahidə edilmir. KİV-lər qeyd edirlər ki, görüşün keçirilə biləcəyi digər məkan  “Wilson Hotel” ola bilər. Çünki həmin oteldə də iyunun 11-dən 18-nədək nömrə bron etmək mümkün deyil, habelə otelin ətrafında tünd qara şüşəli, diplomatik nömrə nişanlı avtomobillər gözə dəyir.

Bayden-Putin sammitində ABŞ-la Rusiya arasında indiki gərgin münasibətlərin yumşaldılması yollarının axtarılacağı gözlənilir. ABŞ prezidenti bildirib ki, Cenevrədə Rusiya prezidenti ilə görüşündə insan haqları məsələsini qaldıracaq və Rusiyanın insan haqlarını pozmasını qəbul etməyəcəyinə dair Putinə aydın mesajlar verəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41