Şənbə, 27 Aprel

İranlı müğənni bu mahnısına görə həbs olundu

image

İranlı müğənni Şervin Hacıpur Qremmi mükafatına layiq görülən “Baraye” adlı mahnısına görə 3 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər verilir ki, bu barədə məlumatı “Alarabiya News” yayıb. 

Məlumata görə, Hacıpur tərəfindən yazılan bu mahnı 2022-ci ilin sentyabrında 22 yaşlı Məhsa Əminin ölümündən sonra ölkədə keçirilən kütləvi etiraz aksiyalarının himninə çevrilib. 

Bunun ardınca mahnı bir çox ölkələrdə məhşurlaşıb və 2023-cü ildə Qremmi mükafatına layiq görülüb. Mükafatı 26 yaşlı gənc müğənniyə ABŞ prezidentinin xanımı Cill Bayden təqdim edib. 

Məhkəmə Ş.Hacıpuru “insanları iğtişaşlara təhrik etməkdə” təqsirli bilib. Bununla yanaşı, məhkəmənin qərarına əsasən, müğənni həbsdə olduğu müddətdə “ABŞ-nin insanlığa qarşı vəhşilikləri” haqqında mahnı yazmalıdır. 

Xatırladaq ki, 22 yaşlı Məhsa Əmini 2022-ci ilin sentyabrında Tehranda əxlaq polisi tərəfindən zorakılığa məruz qalıb və bir neçə saatdan sonra xəstəxanada vəfat edib. O, baş örtüyünü düzgün geyməməkdə günahlandırılıb. Gənc qızın ölümü İranda kütləvi etiraz aksiyalarına səbəb olub.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36