Bazar ertəsi, 29 Aprel

Pentaqondan etiraf: Rusiya bütün dünyada ən böyük nüvə arsenalına malikdir

image

“Rusiya bütün dünyada ən böyük və ən müxtəlif nüvə arsenalına malikdir”.

Xəbər verilir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Entoni Kotton bəyan edib.

Onun sözlərinə görə, bu qənaətə gəlməyə səbəb keçən il Rusiya Federasiyası ordusunun “RS-28 Sarmat” qitələrarası ballistik raketi arsenalına qəbul etməsi olub.

“Bundan əlavə, Rusiya qanadlı raketləri daşıyan nüvə sualtı qayıqlarını yaratmağa və qəbul etməyə davam edir. O, öz nüvə potensialını müasirləşdirir və genişləndirir”.
Pentaqon rəsmisi əlavə edib ki, Rusiyanın nüvə arsenalına müxtəliflik və çeviklik əlavə edən “Kinjal” və “Zirkon” hipersəs raket sistemləri də daxildir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55