Bazar ertəsi, 29 Aprel

Azərbaycanda ət bu halda ucuzlaşa bilər - Vacib açıqlama 

image

Son illər adambaşına düşən ət istehlakı ilə bağlı göstəricilər azalmağa doğru gedir. Belə ki, statistikaya əsasən 2021-ci ildə mal əti və ət məhsullarının adambaşına düşən çəkisi 15.9 kq təşkil etdiyi halda, 2022-ci ildə bu rəqəm 15.8 kq-a qədər azalıb. 2020-ci ildə bu rəqəm 16.3 kq təşkil edirdi. 

Bu, son 5 ilin ən aşağı göstəricisi hesab olunur. Digər tərəfdən Azərbaycanda sümüklü mal ətinin orta qiyməti son ildə 2.93 manat və ya 23%-dən çox bahalaşıb. Belə ki, Dövlət Statistika Komitəsinin rəsmi göstəricilərinə görə, ötən ilin iyulunda kiloqramı 11.35 manat olan sümüklü mal əti cari ilin eyni dövründə 13.98 manata yüksəlib. Qoyun əti həmin müddət ərzində 3.81 manat və ya 34%-ə 15.16 manat bahalaşıb. 

Hazırda ölkə əhalisi nisbətən ucuz olduğu üçün daha çox quş ətinə üstünlük verir. Bəs görəsən ölkəmizdə insanların ət və ət məhsullarınndan istifadəsinin azalmasının səbəbi nədir? 

Mövzu ilə bağlı danışan kənd təsərrüfatı eksperti Allahverdi Mustafayev əsas səbəb kimi qiymətlərin baha olmasını görür: 

“Ət istehlakının aşağı düşməsi birbaşa qiymətlərlə bağlıdır. Qiymətlərin baha olması isə heyvandarlıqla məşğul olan sahibkarlığın getdikcə zəifləməsi ilə əlaqədardır. Ət istehsalında əsas rol oynayan yem bazasının olmasıdır. Yemin, yoncanın, pambıq çiyidinin qiyməti qalxdığı zaman kökəltmə üsulu ilə ət istehsalı ilə məşğul olan sahibkarların gəliri aşağı düşür. Çox zaman qazanc maya dəyərini belə qarşılamır. Qazanc olmadığı üçün isə ət istehsalı ilə məşğul olan sahibkarlar bu sahəni inkişaf etdirməkdə maraqlı olmur. Əsas problemlərdən biri elə məhz budur”. 

Ekspert çıxış yolunun yalnız heyvandarlığın inkişaf etdirilməsində olduğunu vurğulayıb: 

“İşğaldan azad edilmiş ərazilərdə bu sahə ilə bağlı düzgün addımlar atmaqla heyvandarlıq üçün əlverişli biçənək və otlaqların sahəsindən istifadə edərək və eyni zamanda sahibkarlığı inkişaf etdirdikcə bu problem tədricən öz həllini tapacaq. Əslində bütün sahələrdə olduğu kimi, heyvandarlıqda da qazanc sərfəli olarsa, sahibkarların marağı bu sahəyə daha da artacaq. Artıq sahibkarlar daha çox sərmayə qoyaraq yüksək qazanc götürə biləcəklər. Qiymət tələb və təklifdən asılıdır, tendensiya məhz belədir. Hazırda maya dəyəri yuxarı olduğu üçün ortada qazanc da aşağıdır”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55