Çərşənbə axşamı, 07 May

Mark Zukerberqin çətin anları - ABŞ senatında üzr istəməli oldu - VİDEO

image

ABŞ Senatının Ədalət Komitəsinin iclasında iştirak edən "Meta", "X", "TikTok", "Snap" və "Discord" şirkətlərinin rəhbərləri uşaqların cinsi istismarının qarşısını almaq üçün tədbirlər görməməkdə ittiham ediliblər.

Xəbər verilir ki, iclasda senatorlar və sosial platforma rəhbərləri arasında uşaqların təhlükəsizliyi ilə bağlı olan çatışmazlıqlar gərgin şəkildə müzakirəyə çıxarılıb. 

Senatorlar uşaq istismarının qarşısının alınması üçün görülən tədbirlərdə platformaların kifayət qədər məsuliyyət daşımadığını bildiriblər.

Senatda gərginlik yaşanarkən senatorlar uşaqların təhlükəsizliyini təmin etmək üçün platformaların dəstək verməməsini də tənqid etdilər.

Bundan əlavə, ABŞ-də onlayn platformaların nəzarətinə dair heç bir qanunun qəbul edilmədiyi vurğulanıb.

Senator Coş Houli, bu platformalarda uşaqların cinsi istismarının və gənclərin narkotik kimi pis vərdişlərə cəlb edilməsinin qarşısını almağın mümkün olmadığını bildirib.

Bu səbəbdən Houli, Zukerberqin qurbanların ailələrindən şəxsən üzr istəməsini tələb edib.

Zukerberq ayağa qalxaraq, ailələrə müraciət edib. Onlayn platformalar səbəbindən həyatını itirənlərə görə kədərləndiyini və bunun üçün ailələrdən üzr istədiyini deyib.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24