Şənbə, 27 Aprel

“Hamamda “pyatiminutka” quraşdırılması qadağandır”

image

Son günlər dəm qazından zəhərlənmə və ölüm hallarında artım müşahidə edilir. Bu səbəbdən aidiyyəti qurumlar tərəfindən vətəndaşların suqızdırıcıları və qazdan istifadə zamanı təhlükəsizlik normalarına düzgün riayət edib-etmədiklərinə dair yoxlamalar aparılıb. Nöqsan aşkarlandıqda, eləcə də texniki şərtlərdən kənara çıxan abonentlərə akt tərtib edilir və onlara nöqsanları aradan qaldırmaq üçün 30 gün müddətinə vaxt verilir. Xəbərdarlıqlara məhəl qoyulmadığı və 30 gündən sonra texniki nasazlıq aradan qaldırılmadığı halda Nazirlər Kabinetinin 80 saylı qərarına əsasən, abonentə qazın verilişi dayandırılır.

Hətta bir sıra məlumatlara görə, artıq təhlükəsizlik məqsədilə bir sıra mənzillərdə qaz xətləri möhürlənib və suqızdırıcılarına qazın verilişi dayandırılıb. Səbəb kimi həmin mənzil sahiblərinin suqızdırıcılarını hamam otağında quraşdırması, edilən müvafiq xəbərdarlığa məhəl qoyulmaması, eləcə də 2009-cu ildə qüvvəyə minmiş “Qaz təchizatı. Layihələndirmə normaları”nın tələblərinin pozulması göstərilir.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Vəliyev açıqlama verib.

E.Vəliyev bildirib ki, 30 gün müddətində nöqsanları arada qaldırmayan abonentlərə təbii qazın verilişi dayandırılır: “Çünki abonentlər onlara verilən 30 gün müddətində texniki şərtdən kənaraçıxma hallarını aradan qaldırmalı idilər. Xüsusilə “pyatiminutka” deyilən suqızdırıcılarının hamam otaqlarında quraşdırılması qadağandır və bu faktlar aşkarlanan abonentlərə də 30 gün müddətinə möhlət verilir. Bilirsiniz ki, sözügedən suqızdırıcılarının normal işləməsi üçün xüsusi həcm lazımdır. Hamam otağında havalandırma sistemi düzgün olmalıdır, hamamın qapısında hava axını üçün dəliklər olmalıdır və s. Bu parametrlərə düzgün riayət olunmalıdır. Təəssüf ki, hamam otaqlarında sadalanan parametrlərə riayət olunmadığına görə oksigen çatışmazlığı səbəbindən cihazların normal iş prinsipi pozulur. Nəticədə dəm qazı əmələ gəlir və xoşagəlməz hadisələrə səbəb olur.

Bu günə qədər tərəfimizdən texniki baxış keçirilən mənzillərin 90 faizində texniki şərtlərdən kənaraçıxma halları müşahidə edilib”.

“Suqızdırıcılarını mətbəxdə quraşdırmaq istəyən abonentlərin diqqətinə çatdırmaq istəyərdim ki, bunun üçün də xüsusi normativlər var. Belə ki, qaydalara görə, dördgözlü plitənin yanması üçün 15 kubmetr həcm tələb olunur. Əlavə olaraq, mətbəxdə suqızdırıcısı da quraşdırılacaqsa, onun da normal çalışması üçün daha 6 kubmetr həcm tələb edilir. Ümumilikdə 21 kubmetr həcm olmalıdır.

Yox, əgər üçgözlü plitə olan mətbəxə suqızdırıcısı quraşdırılırsa, o zaman plitənin normal fəaliyyəti üçün 12, suqızdırıcısı üçün isə 6 kubmetr həcm lazımdır. İkigözlü qaz plitəsidirsə, o zaman müvafiq olaraq 8 kubmetr və 6 kubmetr həcm lazımdır. Yalnız bu hallarda qaz plitəsi və suqızdırıcısının bir mətbəxdə istifadəsinə icazə verilir”, - E.Vəliyev əlavə edib.

Qurum rəsmisi, həmçinin, abonentlərə mənzillərin təmiri zamanı qaz xətlərinin yerlərinin dəyişdirilməsinə meyil etməməyi məsləhət görüb: “Texniki baxış və yoxlamalar zamanı bu hallara da baxılacaq. Çünki texniki şərtdə əksini tapan xətlər xüsusi normativlərlə hesablanır, təhlükəsizlik qaydalarına uyğun hazırlanır. “Azəriqaz” İstehsalat Birliyi abonentlərin təbii qazdan tam təhlükəsiz və düzgün istifadəsini təmin etmək məqsədilə bütün bu zəruri tədbirləri görür. Mənzil sahiblərinə də sadalanan texniki şərtlərə düzgün əməl etməyi tövsiyə edir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45