Bazar ertəsi, 29 Aprel

Rusiya Ukraynada 1 gündə 1000-dən çox hərbçisini itirdi 

image

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1070 hərbçisini itirib. 

Xəbər verilir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 383 180 nəfərə çatıb. 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 10 tank, 25 zirehli döyüş maşını, 16 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb. 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42