Şənbə, 27 Aprel

Britni Spirsin keçmiş əri təzminat tələb edir

image

Müğənni Britni Spirsin keçmiş əri, fitnes məşqçisi Sem Asqeri ulduzun tez-tez əhvalının dəyişməsinə tab gətirmək məcburiyyətində qaldığı üçün ondan əlavə pul təzminatı tələb edib.

“Sem hesab edir ki, Britni ilə yaşadıqlarına görə ona layiqli şəkildə kompensasiya verilməlidir. Onun istədiyi dəqiq məbləğ məxfi saxlanılır, lakin o, Britni və komandasının təkliflərindən narazıdır”, - deyə insayder bildirib.

Məlumata görə, Sem Asqeri müğənninin nalayiq davranışının və əhvalının dəyişməsinin şahidi olub, ona görə də indi o, yaxşı pul təzminatı almaq istəyir. Başqa bir insayder bildirib ki, fitnes məşqçisi sənətçinin əlindən hər şeyi almağa çalışır. Hazırda cütlüyün boşanma razılaşması qeyri-müəyyən vəziyyətdədir.

Qeyd edək ki, Britni və Semin toylarından bir il sonra boşandıqları barədə məlumatlar ortaya çıxmışdı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36