Şənbə, 27 Aprel

Sabiq prokuroru şantaj edən dəstə üzvləri Ali Məhkəməyə müraciət etdilər

image

Keçmiş prokuror Tariyel Qurbanovu şantaj etməkdə təqsirləndirilən Ümman Əliyev, Natiq Nuriyev, İlqar Əliyev və Elnur Eldarovun barəsindəki hökmdən kassasiya şikayəti verilib.

Əldə etdiyimiz məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası yanvarın 24-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ü.Əliyev 7 il 6 ay, E.Eldarovla N.Nuriyevin hər biri 6 il 6 ay, İ.Əliyev 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Sahilə Məmmədovaya 4 il 8 ay 24 gün azadlıqdan məhrum edilmə cəzası təyin olunub. Lakin himayəsində olan azyaşlı övladı 14 yaşına çatana qədər cəzanın icrası təxirə salınıb. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Pərvin Yusifovun isə dəymiş ziyanı tam ödəməsi, zərərçəkmiş şəxslə barışığı nəzərə alınaraq onunla bağlı cinayət işinə xitam verilib.

Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, Ü.Əliyevin cəzası 6 ilə, İ.Əliyevin 5 ilə və N.Nuriyevlə E.Eldarovun hər birinin cəzası isə 5 il 3 aya endirilib.

İttihama görə, təqsirləndirilən şəxslər sabiq prokuror T.Qurbanovu hamamda çəkilmiş şəkilləri ilə şantaj ediblər. Onlar şəkillərin yayılmaması müqabilində T.Qurbanovdan müxtəlif məbləğlərdə pul alıblar. Dəstə üzvlərinin əməlindən ziyan çəkənlərdən biri də Mirvasif Mahmudovdur.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə),178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, təqsirləndirilən Pərvin Yusifov istisna olmaqla digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, T.Qurbanov uzun müddət Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini olub. Son olaraq Abşeron rayon prokurorunun böyük köməkçisi işləyən T.Qurbanov vaxtilə sol əllə hərbi salam verdiyinə görə gündəmə gəlib.

2023-cü il yanvarın 16-da T.Qurbanovun öz arzusu ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36