Şənbə, 27 Aprel

Leyla və körpəsi ilə bağlı məhkəmələr qapalı olacaq

image

Qobu qəsəbəsində 20 yaşlı arvadı Leyla Hüseynlini və 8 aylıq körpəsi Aylanı amansızlıqla öldürməkdə ittiham olunan Fərid Hüseynlinincinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda tərəflərin hüquqları izah edilib, ilkin dinləmələr keçirilib.

Müdafiə tərəfi indiki mərhələdə hər hansı vəsatətlə çıxış etməyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış atası isə hazırlıq iclasında iştirak etməyib. Onu məhkəmədə nümayəndəsi təmsil edib.

Hüquqi varisin nümayəndəsi məhkəmə istintaqının qapalı keçirilməsini xahiş edib. Zərərçəkmiş tərəf iş materiallarında olan epizodların vəsatətin təmin edilməsi üçün əsaslı olduğunu düşünür.

Hakimlər heyəti müşavirədən sonra məhkəmə istintaqının qapalı keçiriləcəyini elan ediblər.

İş üzrə ilk baxış iclası fevralın 1-nə təyin edilib.

Qeyd edək ki, dəhşətli cinayət hadisəsi 2023-cü ilin iyununda Abşeron rayonu Qobu qəsəbəsində qeydə alınıb. İttihama görə, 30 yaşlı Fərid Hüseynli yaşadıqları evdə əvvəlcə 20 yaşlı arvadı Leyla və 8 aylıq körpəsi Aylanı bıçaqlayaraq öldürüb, daha sonra özünə bıçaqla xəsarət yetirib. Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub. O, Biologiya müəllimliyi ixtisası üzrə təhsil alırdı.

F.Səfərliyə qarşı Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) maddələri ilə ittiham verilib. O, bu maddələrlə təqsirli bilinərsə, 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrum edilə bilər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45