Bazar ertəsi, 29 Aprel

Nazirlik etibarnamə ilə əmlak alanlara xəbərdarlıq etdi

image

“Torpağın və ya hər hansı bir əmlakın satılması yalnız notarius qaydasında aparılmalıdır. Etibarnamə ilə alqı-satqı deyilən anlayış yoxdur”. 

Məlumata görə, bu fikirləri Notariat idarəsinin rəisi Mirağa Abbasov deyib. 

İdarə rəisi bildirib ki, etibarnamə verilən şəxs həmin əmlakı yalnız ona həmin sənədi verən şəxsin adına sənədləşdirə bilər: 

“Bu halda torpaq və onun üzərindəki tikili də birinci şəxsin adına rəsmiləşdirilir. Bu problemlə bağlı notariuslara edilən şikayətlər çox olur. Belə alqı-satqı ancaq həmin daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınıb ona sənəd verilənə qədər mümkün olur. Əmlak üzərində sərəncam hüququnun yarandığı an, şəxs etibarnamə ilə alqı-satqı üçün müraciət edərsə, proses etibar edənin adından aparılmalıdır. Həmin əmlakın dəyəri də satıcıya notariusun depozit hesabı vasitəsi ilə ödənməlidir. 

Ona görə də, hər hansı bir əmlak almaq istəyən şəxs, öncədən onu satan şəxsdən qanunvericiliyə uyğun olaraq çıxarışın hazırlanması barədə istəyini bildirməlidir. Daha sonra notarial qaydada alqı-satqı əməliyyatlarının aparılması üçün müraciət edə bilərlər”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55