Cümə axşamı, 09 May

Dünyanın ən qapalı ölkəsi haqqında 7 fakt 

image

Elə bilirsiz yaşamaq üçün ən çətin ölkə Şimali Koreyadır? Yəqin hələ Türkmənistan haqqında eşitməmisiz.

1. Türkmən qızla evlənmək istəyən xarici vətəndaş onunla Türkmənistanda ən azı 1 il yaşamalıdır. Həm də yerli daşınmaz əmlakın sahibi olmalıdır. Həm də boşanma halında əmlak bölgüsü haqqında bir nikah müqaviləsi bağlanmalıdır.

2. 2004-cü ildən bəri dövlət məmurlarına qızıl diş qadağan edildi. Gənclərin uzun saçları, saqqalları və bığları olmamalıdır. Qızlar isə qısa ətəklərdə camaat qarşısına çıxa bilməzlər.

3. Vətəndaşlara kosmetik vasitələrdən istifadə etmək qadağandır və televiziya işçiləri hətta səhnə qrimi belə tətbiq edə bilməzlər. Ayrıca, Türkmənistanda qızıl zinət əşyaları taxmaq, saçlarınızı rəngləmək olmaz - bunları ancaq ölkə prezidenti edə bilər.

4.  Aylar bizim bildiyimiz “aprel, may” deyil. Aylar Türkmənistanın ilk prezidenti və onun qohumlarının adını daşıyırlar.

5. Ölkəyə qara avtomobillərin idxalı qadağandır. Prezident düşünür ki, qara rəng bədbəxtlik gətirir, ona görə bütün ölkədə sürücülər ağ rəngində maşın sürür.

6. Qadınlara maşın sürmək qadağandır. Düşünürlər ki, qadınlar kişilərdən daha çox qəza yaradır.

7. Bir neçə il əvvəl internet ölkədə qadağan idi, hazırda isə çox yerdə olmasa da var. İnternetdən istifadə etmək istəyən hər kəsin pasport məlumatları qeyd edilir. Sosial şəbəkələr, bir çox sayta giriş qadağandır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32