Çərşənbə, 08 May

İsraildə insanlara hücum edilib, ölən və yaralılar var

image

İsrailin Raanana şəhərində terror aktı ola biləcəyi ehtimal edilən hücumda ən azı 17 nəfər yaralanıb, bir qadın ölüb.

Xəbər verilir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

Qeyd edilib ki, hazırda həkimlər 18 yaralı barədə məlumat verib, onlardan 3-nün vəziyyəti ağırdır. Digər xəsarət alanlar xəstəxanalara göndərilir.

İlkin məlumata görə, insidentlər şəhərin bir neçə fərqli yerində baş verib.

Hücum edən şəxs öncə sürücüyə bıçaqla hücum edərək onun avtomobilini ələ keçirib və bir neçə nəfəri vurub. Daha sonra nəqliyyat vasitəsini maneəyə çırpıb.

Əzilən avtomobildən düşən naməlum şəxs başqa bir avtomobili ələ keçirib və yoldan keçən daha bir neçə nəfərə ciddi xəsarət yetirərək hadisə yerindən qaçmağa çalışıb.

Polisin məlumatına görə, hadisənin günahkarı saxlanılıb, onun İordan çayının qərb sahilindəki Hebron şəhərinin sakini olduğu üzə çıxıb. Hazırda polis onuna bağlı araşdırma aparır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51