Şənbə, 27 Aprel

Sülh müqaviləsinin mətni belə olacaq – Detallar açıqlandı

image

Görünən odur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan sülh müqaviləsinin imzalanmasına, Zəngəzur dəhlizinin açılmasına “isti” yanaşmır. Ermənistanın baş naziri Azərbaycanın İranla razılaşaraq dəhlizi oradan açmasını iddia edir. Ona görə də, erməni tərəfi ilə bu məsələlərin yaxın müddətdə həlli heç də gözlənilən deyil.

Xəbər verilir ki, bunu politoloq Fərhad Mehdiyev deyib.

O qeyd edib ki, Ermənistanın bu məsələlərdə güzəştə gedəcəyi, ərazisindən dəhlizin açılmasına yaşıl işıq yandıracağı ehtimalını görmək mümkün deyil:

“Burada hər hansı bir siqnal da yoxdur. Belə olan halda sülh müqaviləsinin delimitasiya və Zəngəzur dəhlizindən ayrı imzalanacağı ehtimalı ilə bağlı gözləntilər dəyərləndirilə bilər”.

Politoloq hesab edir ki, sülh müqaviləsinin mətni çox qısa ola bilər:

“Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıyır, bununla da bir-birinə qarşı hər hansı ərazi iddiası olmadığını bəyan edir, bundan sonra münasibətləri bərpa edir” – şəklində sülh müqaviləsinin imzalanması ehtimalı var”.

Fərhad Mehdiyevə görə, iki dövlət arasında iqtisadi, siyasi, ticarət əlaqələri və sərhədlərin məsələsi sülh müqaviləsindən sonra həll oluna bilər:

“Amma bu müstəvidə də razılaşmaya tərflərin yaxınlaşması müşahidə edilmir. Ola bilsin ki, bu istisna edilmir. Bunun üçün isə tərəflərdən verilən bəyanatlar bu cür nəticəyə gəlməyə imkan verməlidir. Hələlik hər iki tərəfdən belə bir bəyanat eşidilməyib”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45