Çərşənbə axşamı, 07 May

Tramvay Bakıya qayıdır - Paytaxtın tıxac problemi belə həll olunacaq

image

Bakının baş planına əsasən, paytaxt ərazisində tramvay xətlərinin bərpa edilməsi nəzərdə tutulub. Ancaq bəzi mütəxəssislər düşünür ki, tramvay xətlərinin bərpası şəhərin infranstukturuna uyğun deyil. 

Sözügedən məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı danışıb. Ekspert bildirib ki, Bakıda tramvay xətlərinin çəkilməsi çətin məsələ deyil: 

 "Bakı şəhərində ictimai nəqliyyatın alternativ növlərindən biri də tramvaydır. Bakıda tramvay fəaliyyət göstərib, lakin 90-cı illərdə keçmiş rəhbərlik tramvayları ləğv edib. Tramvay xəttlərinin üstünlüyü budur ki, burada avtobus və digər nəqliyyat vasitələri də tramvaya yol verərək hərəkət edə bilər, bu çətin bir məsələ deyil". 

Mütəxəssis qeyd edib ki, bir sıra küçələrdə plan üzrə tədqiqatın aparılması mümkündür: 

"Düşünürəm ki, bəzi küçə və prospektlərdə bu mümkündür. Lakin 90-cı illərə qayıdıb bu planla hərəkət etmək mümkün deyil, çünki artıq bəzi küçələr buna imkan vermir, burada yaşayış obyektləri və iaşə obyektləri tikilib. Orada tramvay xəttlərinin çəkilməsi mümkünsüzdür və nəqliyyatın hərəkətini poza bilər. Lakin 8 noyabr prospektində, Babək prospektində, şəhərin mərkəzi bəzi küçələrində, məsələn Rəşid Behbudov küçəsində və təhlil nəticəsində şaxələndirmək üçün başqa küçələrdə bu mümkündür". 

Ekspert tramvay xətlərinin çəkilməsinin tıxacların həllində yeganə çıxış yolu olmadığını vurğulayıb:

"İctimai nəqliyyatın inkişafı tıxacla mübarizənin bir üsuludur. Bu sahədə həll yollarından biri də tramvaydı. Tıxacla mübarizə həm də avtobusların sayından, metro stansiyalarının sayının artırılmasından və yol şəbəkəsinin inkişafından asılıdır". 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24