Şənbə, 27 Aprel

Vardanyanın Qarabağda xərclədiyi vəsait... - Şok 

image

“Forbes” jurnalı Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən rusiyalı milyarder Ruben Vardanyanın iştirakı ilə İrəvanda və Qarabağda görülən xeyriyyə işlərinin siyahısını yayıb.

Xəbər verilir ki, ilk növbədə 2022-ci ildə onun təşəbbüsü ilə Qarabağda yaradılan “Biz və bizim dağlar” “ərazi inkişafı agentliyi”ndən bəhs olunur.

“Agentlik” vasitəsilə Rubenin ailəsinin vəsaiti və donorların ianələri hesabına (təxminən 450 min dollar) 187 tondan çox ərzaq alınaraq Qarabağ sakinlərinə paylanıb. 187 min dollara isə su təchizatı və istilik sistemləri alınıb. Kənd sakinləri üçün mobil ilkin tibbi yardım qruplarının yaradılmasına, o cümlədən elektrik nəqliyyat vasitələrinin alınmasına təxminən 110 min dollar xərclənib. 172 min dollar isə 10 yaşından kiçik 12 min uşaq üçün Yeni il hədiyyələrinin alınmasına yönəldilib.

Rubenin təsis etdiyi İDeA fondunun məlumata görə, onun ailəsi və tərəfdaşları 2001-ci ildən 2023-cü ilə qədər Ermənistana, Qarabağa və s. 700 milyon dollardan çox sərmayə qoyublar”, - məlumatda deyilir.

Qeyd olunur ki, İrəvanın iqtisadi inkişafına investisiyalardan əlavə, təhsilə (202 milyon dollar), humanitar təşəbbüslərə (68 milyon dollar), mədəniyyət və tarixi-mədəni irsin qorunması sahəsində layihələrə (20 milyon dollar), turizm, şəhərsalma və infrastruktur sahəsində layihələr vasitəsilə regional inkişafa (108 milyon dollar), elm sahəsində layihələr və texnologiya, səhiyyə, eləcə də aqroekologiyaya (13 milyon dollar) yatırım edilib:

“Vardanyan Qarabağda müxtəlif layihələrə 8 milyon dollar sərmayə qoyub. O, Qarabağa köçməzdən xeyli əvvəl yatırım etməyə başlayıb. 2008-ci ildə “böyük artsax toyu” layihəsi həyata keçirilib və eyni vaxtda 700-ə yaxın cütlük evləndirilib. Vardanyanın iştirakı ilə 2017-ci ildə Müşkapat kəndindəki Müqəddəs Məryəm kilsəsi, 2019-cu ildə isə Şuşa şəhərindəki Gövhər Ağa Məscidinin bərpası başa çatdırılıb.

Beynəlxalq “UWC Dilijan” Məktəbinə ümumi 190 milyon dollar (bunun 180 milyon dollarını Vardanyanın ailəsi, 10 milyon dollarını 350-yə yaxın şəxs və təşkilat yatırıb) xərclənib. Sözügedən beynəlxalq internat məktəbi 2014-cü ildə yaradılıb. “Tatevin intibahına” isə ümumi olaraq 34 milyon dollar xərclənib. Layihəyə xeyriyyə investisiyalarının məbləği, Vardanyanın ailəsinin vəsaitləri və 11 ölkədən 160-dan çox donor cəlb olunub. “Avrora” mükafatına ümumi xərclərin məbləği 68 milyon dollara (xeyriyyəçilərin vəsaiti, o cümlədən Vardanyanın ailəsinin pulu) çatıb. Humanitar təşəbbüsə 2015-ci ildə başlanılıb.

“Matena” Beynəlxalq Liderlik və Peşəkar İnkişaf Məktəbinə isə ümumi olaraq 350 min dollar xərclənib. Layihənin təsisçilərinin adı açıqlanmır, Vardanyanın ailəsi məbləğin yalnız bir hissəsini verib. Məktəb 2021-ci ildə təsis edilib, baş ofisi İrəvanda yerləşir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45