Bazar ertəsi, 29 Aprel

“Bakıda taksi səfərlərinin sayı 14 faiz azalıb”

image

“Taksi sahəsində aparılan islahatlar nəticəsində Bakı şəhərində taksi səfərlərinin sayı təxminən 14 faiz azalıb. Təhlillər onu göstərir ki, taksi nəqliyyat vasitəsilə metroya və ya metrodan edilən səfərlərin sayı da ciddi azalıb. Qısa məsafəli səfərlərin azalması hesabına ortalama səfər məsafəsi 8,5 km-dən 10 km-ə qədər artıb”.

Xəbər verilir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Azərbaycanda Mobilliyin Transformasiyası Proqramı”nın təqdimatında bildirib.

Nazir müavinin sözlərinə görə, bununla da avtobuslarla gündəlik daşıma sayı 100 min nəfər artaraq 1 milyon 600 minə çatıb.

“Taksi sifarişi operatorlarının icazə əsasında fəaliyyət göstərməsi prosesi başlayıb. Vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsi üçün taksi sürücləri təlimlərə cəlb ediliblər. AYNA-nın Təlim-Tədris Mərkəzində keçirilən təlimlərə bu günədək 14 mindən çox sürücü müraciət edib. Onlardan 11 mindən çoxu təlimlərdə iştirak edib", - deyə R.Hümmətov qeyd edib.

Onun sözlərinə görə, bu, məsələnin tam həlli deyil: “Növbəti ilin əvvəlində taksi nəqliyyat vasitələrinə texniki tələblər tətbiq ediləcək. Hazırda tələblərin təsdiq edilməsi son mərhələdədir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55