Cümə, 10 May

Ermənistanla Rusiyanı birləşdirən yol yenə bağlandı 

image

Rusiya və Ermənistanı birləşdirən Gürcüstan-Rusiya sərhədinə gedən Yuxarı Lars yolu qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri və avtomobillər üçün bağlanıb. 

Xəbər verilir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Bildirilib ki, Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qarın yağması, temperaturun aşağı düşməsi və uçqun təhlükəsi ilə əlaqədar məhdudiyyətlər tətbiq edilib.

Digər nəqliyyat növlərinin hərəkəti isə uçquna davamlı tunellər vasitəsilə davamlı olaraq həyata keçirilir.

Bu gün və sabah Gürcüstanın yüksək dağlıq ərazilərində qar, çovğun, buz, duman olacaq, uçqun təhlükəsi yaranacaq: "Bütün Gürcüstanda havalar soyuyur, yağış yağır".

Həmçinin qeyd olunub ki, hava şəraiti normallaşandan sonra yolda bütün nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25