Şənbə, 27 Aprel

Azərbaycana düşmən olan ABŞ rəsmisi bu gün Bakıya gəlir

image

Bu gün ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcəyi gözlənilir. 

ABŞ Dövlət Departamentinin məlumatına görə, dövlət katibinin köməkçisi Bakıda olarkən Azərbaycan rəsmiləri ilə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, Azərbaycan və Ermənistan arasında sülhün dəstəklənməsinə dair görüşlər keçirəcək. 

Xəbər verilir ki, bu, yüksək vəzifə tutuan ABŞ diplomatının noyabrın 15-də Senatdakı Qarabağla bağlı son dinləmələrdən bəri Azərbaycana ilk səfəridir. 

Qeyd edək ki, həmin dinləmələrdən sonra iki ölkə arasında münasibətlər kəskinləşmişdi. 

Ceyms O’Braynın Azərbaycana səfəri ABŞ dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsindən bir həftə sonraya təsadüf edir. 

Noyabrın 27-də ABŞ-ın dövlət katibi Antoni Blinken Azərbaycan Prezidentinə zəng edib. 

Onun İlham Əliyevə zəngi Azərbaycan və ABŞ arasında münasibətlərin kəskinləşməsini yumşaltmaq məqsədi daşıyıb. 

Rəsmi məlumatlara görə, Blinken Əliyevlə Vashington və Bakı arasındakı münasibətlərdə müşahidə edilən narahatlıqları müzakirə ediblər. 

Prezident İlham Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı verilən son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub. 

Antoni Blinken İlham Əliyevdən münasibətlərin normallaşdırılması məqsədi ilə Ceyms O’Braynın dekabrda Azərbaycana səfərinə icazə verilməsini xahiş edib. 

“Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib”, - rəsmi Bakının yaydığı məlumatda bildirilib. 

Siyasi şərhçilər deyirlər ki, Ceyms O’Brayn ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülhün dəstəklənməsinə dair təkliflərilə Bakıya gələcəyi gözlənilir. Vaşinqtonun sülh danışıqlarına dair planının nədən ibarət olduğunu O’Braynın səfərindən sonra müəyyən etmək mümkün olacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45