Şənbə, 18 May

Rusiya Ermənistana vaqonlar göndərib 

image

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk ümid etdiyini bildirib ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları tezliklə blokadadan çıxacaq ki, bu da Qarabağda müharibənin dayandırılması ilə bağlı Rusiya, Azərbacan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarında nəzərdə tutulub.

Belə bəyanatla yüksək çinli rusiyalı məmur mayın 25-də «Tver maşınqayırma zavodu» ASC-nin istehsalı olan yeni vaqonların Ermənistana göndərilməsinə həsr olunmuş mərasimdə çıxış edib.

Bundan əvvəl, çərşənbə axşamı Cənubi Qafqaz Dəmir Yoluna (CQDY, Rusiya Dəmir Yollarının törəmə şirkəti, Ermənistana yük və sərnişin daşınmasını həyata keçirir) 20 ədəd yeni sərnişin vaqonu təhvil verilib, daha 7 vaqon isə iyunun axırına qədər göndəriləcək.

«Biz hamımız, çox gözləyirik və ümid edirik ki, burada sağlam düşüncə üstün gələcək və biz, tezliklə Cənubi Qafqazda nəqliyyat yollarının açılmasına başlayacağıq» - Aleksey Overçuk bildirib.

Onun sözlərinə görə, hazırkı reallıqda Cənubi Qafqazda nəqliyyat infrastrukturunun inkişafı «heç vaxt olmadığı qədər əhəmiyyətlidir və bu gün bölgənin inkişafı üçün tamamilə yeni şərait yaranır - iqtisadiyyatın və nəqliyyatın inkişafı planlarında».

«Bu, Ermənistanın iqtisadi potensialının açılması üçün unikal, görünməmiş şərait yarada bilər ki, bununla da bizim Avrasiya inteqrasiyamızı tam halında reallaşdıra bilək» - rusiyalı məmur fikirini belə tamamlayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41