Şənbə, 27 Aprel

“Bu, qadınların boşanmağa həvəsini artıracaq” - XƏBƏRDARLIQ

image

“Aliment məbləğinin artırılması boşanmalara hər hansı bir təsir göstərməyəcək”. 

Bu barədə sosioloq Üzeyir Şəfiyev danışıb: 

“Düşünmürəm ki, aliment məbləğinin artırılması boşanmaların sayına təsir etsin. Elə dövlətlər var ki, burada boşanmaya görə yüksək təzminatlar nəzərdə tutulur. Ancaq bu hal belə boşanmaların artıb-azalmasına hər hansı bir şəkildə təsir göstərmir. Aliment məbləğinin artırılması birbaşa bazardakı inflyasiya ilə bağlıdır. Həmçinin bu rəqəm cəmiyyətdəki tələb qədər yüksək bir məbləğ deyil. Sözügedən səbəblərdən dolayı, hesab etmirəm ki, bu artımın boşanmalara təsiri olacaq”. 

Sosioloq həmçinin son zamanlar dəbdə olan boşanmaların qeyd edildiyi yığıncaqlardan söz açıb:

“Əvvəl evlənəndə toy edirdilər, indi boşanmalarını da artıq toy kimi qeyd edirlər. Bu, olduqca mənfi haldır. Belə mərasimlər ictimai qınağa məruz qalmalıdır. Cəmiyyət tərəfindən həmin yığıncaqlar kəskin şəkildə tənqid edilməlidir. Bu əslində insanları evliliklərini bitirməyə təşviq edir və ailə münasibətlərinə ziyan vurur. Düşünək ki, hər hansı bir ailədə problem yaşanır, yaxud cütlük boşanma ərəfəsindədir. Bu zaman xanımlar belə yığıncaqlara həvəs edib, evliliklərini bitirə bilərlər. Doğrudur, sözügedən yığıncaqları qadağan etmək mümkün deyil. Ancaq kəskin şəkildə tənqid etmək bu halların azalmasına səbəb ola bilər”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39