Bazar ertəsi, 29 Aprel

Ərdoğanın mesajı bomba effekti yaratdı - ABŞ-dan Türkiyəyə altı tələb

image

ABŞ Konqresinin bir qrup üzvü dövlət katibi Entoni Blinkenə məktub yazaraq Türkiyənin HƏMAS-ı dəstəklədiyini bildirib.

Xəbər verilir ki, məktubda ABŞ Dövlət Departamentindən Türkiyə hökumətindən 6 tələb irəli sürməsi istənilib.

Məktubda aşağıdakı tələblər irəli sürülüb:

"HƏMAS-ın rəsmən terror təşkilatı elan edilməsi;

HƏMAS-ın İstanbuldakı ofisi və Türkiyədə fəaliyyət göstərən bütün qurumlarının bağlanması;

Türkiyədəki bütün HƏMAS rəsmilərinin Türkiyə vətəndaşlığının ləğv və pasportların müsadirə edilməsi;

HƏMAS rəsmilərinin Türkiyədən deportasiyası və ölkəyə girişlərinə qadağa qoyulması;

Hər hansı Türkiyə bankının HƏMAS-ın maliyyələşdirilməsində iştirak edib-etmədiyini araşdırmaq, bu araşdırmanın nəticələrini ABŞ Dövlət Departamentinə bildirmək və bu maliyyələşdirmədə iştirak edən banklara qarşı sanksiyalar tətbiq etmək;

2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunda Türkiyə rəsmilərinin əllərinin olub-olmadığını araşdırmaq və əldə edilən sübutları ABŞ Dövlət Departamentinə bildirmək".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan əvvəl HƏMAS-ın terror təşkilatı olmadığını demişdi:

“Bütün Qərb HƏMAS-ı terror təşkilatı kimi görür. Ey İsrail, sən təşkilat ola, Qərbin sənə çox borcu ola bilər, amma Türkiyənin sənə heç bir borcu yoxdur. HƏMAS isə terror təşkilatı deyil, öz torpaqlarını və vətəndaşlarını qorumaq üçün mübarizə aparan azadlıq və mücahid qrupudur”.

Türkiyə lideri Qərb ölkələri tərəfindən etirazla qarşılanıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55