Şənbə, 27 Aprel

İtkin səkkizinci qitə tapıldı - Zelandiya ilk dəfə belə görüntüləndi - FOTO

image


 

Alimlər yeni araşdırmalar nəticəsində dünyanın səkkizinci qitəsi adlandırılan Zelandiya qitəsinin mövcudluğunu tam sübuta yetiriblər.

Xəbər verilir ki, Yunan filosofu Aristoteldən tutmuş coğrafiyaşünas Eratosfenə qədər elm adamları tərəfindən bəhs edilən Zelandiya qitəsinin varlığı 375 ildən sonra rəsmən elan olunub. 

Yeni Zelandiya Kral Araşdırma İnstitutunun (GNS Science) alimləri apardıqları yeni araşdırmalar nəticəsində ilk dəfə olaraq Zelandiya qitəsinin sərhədlərini aşkar ediblər. Dünyanın itmiş səkkizinci qitəsi adlandırılan Zelandiya, ilk dəfə yunan filosofu Aristotel, astronom Ptolemey və coğrafiyaşünas Eratosfen tərəfindən təsvir edilən xəyali qitə idi.

Daha sonra 1642-ci ildə holland kəşfiyyatçısı Abel Tasman Zelandiyanı tapmaq üçün yola çıxıb, lakin indiki Yeni Zelandiyanı kəşf edib. Zelandiya qitəsinin isə kəşf edilməsi düz 375 il çəkib. 

Hazırda Zelandiya qitəsinin 94 faizi su altındadır. Elmi araşdırma “Tectonics” jurnalında dərc olunub. Tədqiqat üçün okeanın dibindən çıxarılan qaya nümunələrindən istifadə edilib. Tədqiqatlar nəticəsində qitənin tam səth sahəsi ilk dəfə hesablanıb və beş milyon kvadratmetr olduğu müəyyən edilib.

Səkkizinci qitə, yəni Zelandiyanın mənşəyi, təxminən 200 milyon il əvvəl parçalanmağa başlayan qədim superqitə Qondvana ilə bağlıdır. Zelandiyanın Qondvanadan 80 milyon il əvvəl ayrıldığı təxmin edilir. O, qonşuları Antarktida və Avstraliyadan daha tez su altında qalıb. Qitənin suyun üstündəki hissəsi Yeni Zelandiya, Fransanın Kalendoniyası, Lord Hou adası və şərqdə vulkanik Ball Piramidası adasıdır.

Zelandiyanın varlığına dair ilk real ipuçları Şotland təbiətşünası ser Ceyms Hektor tərəfindən toplanıb. Zelandiyanın bütün qitələr kimi sürükləndiyi, lakin çox gərildiyi üçün batdığı düşünülür. 

Alimlər qabığının qalınlığı və qayalarının növünə görə Zelandiyanın qitə olduğu qənatinə gəliblər. Yeni Zelandiyanın daha böyük qitənin bir hissəsi olduğu sübut olunarsa, onun sərhədləri altı dəfə genişlənə bilər. 

Fotoda Zelandiyanın ən hündür zirvəsi olan Kuk dağı göstərilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45