Şənbə, 11 May

İxtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq? - DİM cavab verdi

image

Xəbər verdiyimiz kimi, ali məktəblərin bakalavr pilləsinə qəbul olunmaq istəyən abituriyentlərin ixtisas seçimi avqustun 28-də başa çatıb. 

Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyimiz statistikaya görə, ümumilikdə 70301 abituriyent ixtisas seçimi edib.

İxtisas seçənlərin sayı belədir:

I qrupda - 21750 nəfər;

II qrupda - 16323 nəfər;

III qrupda – 19773 nəfər;

IV qrupda – 5774 nəfər;

V qrupda – 9726 nəfər.

Builki plan yerləri aşağıdakı rəqəmlərlə əks olunub:

I qrup üzrə plan yeri – 18386;

II qrup üzrə plan yeri – 13285;

III qrup üzrə plan yeri – 16067;

IV qrup üzrə plan yeri 4100.

Bəs ixtisas seçiminin nəticələri nə vaxt açıqlanacaq?

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri bu həftənin sonuna kimi elan olunacaq.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44