Şənbə, 18 May

Priqojinin ikinci təyyarəsi Bakıda nə edir?

image

"Vaqner" özəl hərbi şirkətin təsisçisi Yevgeni Priqojinin təyyarələrindən biri, Embraer ERJ-135BJ Legacy 650 avqustun 24-də Bakıya uçub. Bunu Flightradar uçuş izləmə xidmətinin məlumatları sübut edir. Bu mənbəyə görə, təyyarə Moskvadan saat 15:30-da qalxıb və saat 19:04-də Bakı hava limanına enib.

Rusiya mənbələri bildirirlər ki, bu,  “Vaqner” özəl hərbi şirkətin təsisçisi Yevgeni Prigojinə məxsus iki təyyarədən biridir. Qeyd edək ki, o, avqustun 23-də Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə həlak olub.

Avqustun 23-də ikinci Embraer Priqojinin təyyarəsinin ardından Moskvadan Sankt-Peterburqa uçub. Lakin Prigojinin təyyarəsi qəzaya uğrayandan sonra ikinci təyyarə Moskvaya qayıdıb və növbəti gün Bakıya uçub.

Flightradar-ın məlumatına görə, pilot Arslan İslamovun idarə etdiyi həmin Embraer-135 BJ Legacy təyyarəsi avqustun 25-də yerli vaxtla saat 15:00-da Bakıdan Moskvaya uçacaq, Moskva vaxtı ilə saat 17:03-də Moskvaya çatmalıdır.

Bu təyyarə ilə Bakıya gələn sərnişinlər haqda heç bir məlumat yoxdur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41