Bazar ertəsi, 29 Aprel

Ara Abramyan sərsəmlədi

image

Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan avqustun 23-də jurnalistlərlə görüşündə BMT Təhlükəsizlik Şurasının iclasının nəticəsinin olmamasından narazılığını bildirib və hakimiyyəti hazırlıq işlərinin olmamasına görə tənqid edib.

Bu barədə erməni mediasına istinadən bildirir.

“Bakıya qarşı heç bir sanksiya tətbiq edilməyib, heç bir ölkə Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etməsindən danışmayıb. Nə üçün Naxçıvandan qovulan ermənilərdən söz açılmır? Bu gün biz 120 min Dağlıq Qarabağ ermənisini ermənilərə nifrətin təbliğ olunduğu Azərbaycanın tərkibində buraxmaq istəyirik? Ermənistanda tez-tez deyirlər: “Gəlin Qarabağı təslim edək, sülh əldə edək”. Amma bunun əksi olacaq, Dağlıq Qarabağda bir dənə də olsun erməni qalmayacaq”, - deyə Abramyan sərsəmləmələrinə davam edib. QHT rəhbərinin iddiasına görə, “Dağlıq Qarabağ”ın Azərbaycanın tərkib hissəsi kimi tanınması ona gətirib çıxarıb ki, bu gün 120 min (?!M.) erməni “aclıqla üz-üzədir”.

Abramyan əmin olduğunu bildirib ki, bu, ən aşağı səviyyədə olan Ermənistan-Rusiya münasibətlərinə son dərəcə mənfi təsir göstərir. “Ermənilər bunu özləri də hiss edirlər. Rusiya davam edən anti-Rusiya siyasətini yaxşı bilir. Bu gün Rusiyaya alternativ yoxdur. Kim alternativ təklif edir? Alternativ nədir? Türkiyə? Mən sülhün əleyhinə deyiləm, erməni xalqı sülh istəyir, bəs nəyin bahasına? Bəs 1980-ci illərin sonundan Azərbaycanı tərk edən 600 min erməni haqqında nə demək olar?

Sumqayıtda öldürülən ermənilərin məsələləri ilə kim məşğul olacaq? Nə qədər tez təslim olsaq, vəziyyət bir o qədər pisləşər”, - deyə Abramyan ənənəvi şər-böhtan və saxta fikirlərini bir daha təkrarlayıb, gülünc rəqəmlər səsləndirib. O, islahatların vacibliyinə işarə edərək, İrəvan Ağsaqqallar Şurasına seçkilərin vacibliyini qeyd edib. Rusiya Erməniləri İttifaqının rəhbəri vurğulayıb ki, Ermənistanda əlverişli investisiya mühiti yoxdur, Rusiyadan indiki kapital və işçi axınından yararlanmağa imkan verəcək sistemli yanaşma yoxdur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55