Cümə axşamı, 09 May

Ukraynada nazir müavini təyin edilən şəmkirli gənc KİMDİR? - DOSYE

image

Ukraynanın strateji sənaye nazirinə yeni müavin təyin edilib.

Xəbər verilir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.

O qeyd edib ki, bu vəzifəyə əslən azərbaycanlı olan Teymur Tkaçenko gətirilib. Müvafiq qərar avqustun 15-də hökumətin iclasında qəbul edilib.

Tkaçenko bu vəzifəyə təyin olunmazdan əvvəl Kiyev şəhər administrasiyasında müxtəlif vəzifələrdə çalışıb. O, müxtəlif dövrlərdə piyadalar üçün yeraltı keçidlərin saxlanmasından tutmuş çimərliklərin inkişafına qədər müxtəlif sahələrə cavabdeh olub.

33 yaşlı azərbaycanlı gənc yaşlarından Ukraynanın dövlət qurumlarında təcrübə toplayıb.

Qeyd edək ki, əslən Şəmkir rayonundan olan Teymur Tkaçenko Ukrayna Azərbaycanlıları Konqresinin fəal üzvü, Azərbaycan Ağsaqqallar Şurasının Ukrayna üzrə nümayəndəsi mərhum Firudin Məmmədovun oğludur.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32