Şənbə, 11 May

Yeni “iPhone 15” modellərində bunlar məhdudlaşacaq

image

“Apple” şirkətinin “iPhone 15” smartfonlarında Lightning girişindən USB Type-C girişinə keçid etmək qərarı şarj prosesi üçün büdcəli naqillərə üstünlük verən istifadəçilərə heç bir dəyişiklik gətirməyəcək.

Xəbər verilir ki, “iPhone 15”də istifadə ediləcək xüsusi çipin internetdə şəkli yayılıb. Burada görünür ki, həmin çip smartfona qoşulu olacaq aksesuarlarda MFi (Made For iPhone, iPad, iPod) sertifikatının və ya onun digər analoqunun olub-olmadığını yoxlamağa davam edəcək.

Məlumata görə, əsasən sözügedən çip naqil üzərindən ötürülən məlumatların şifrələnməsindən və sürətli şarj texnologiyasından cavabdeh olacaq. Başqa sözlə desək, “iPhone 15” modellərində sertifikatlaşdırılmamış naqillərdən istifadə zamanı bu iki imkan məhdudlaşdırıla bilər.

Bildirilir ki, bir neçə müddət bundan öncə məşhur analitiklər  bunun olacağı barəsində məlumat vermişdi. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44