Şənbə, 27 Aprel

Naxçıvanda ağır yol qəzası: Sürücülər yaralandı (YENİLƏNİB)

image

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayon Siyaqut kəndi yaxınlığında yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Xəbər verilir ki, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal Şərur rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Dongers” markalı bitum daşıyan yük avtomobili ilə “Chery” markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və hər iki avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobillərdə sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürənlər tərəfindən müvafiq vasitələrdən istifadə edilməklə avtomobillərdə sıxılı vəziyyətdə qalan sürücülər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Həmçinin, bitum daşıyan yük avtomobilində mümkün yanğın-partlayış hadisəsinin qarşısını almaq üçün ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

*** 10:35

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Xəbər verilir ki, rayonun Siyaqut kəndi yaxınlığındakı qəzada yük və minik avtomobilləri toqquşub. Daha sonra yük maşını aşıb.

Əraziyə Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45