Bazar ertəsi, 29 Aprel

Yumurta ucuzlaşaq? - AÇIQLAMA

image

Hər il yay aylarında yumurtanın qiymətində azalma olsa da, bu il qiymətlər stabil qalıb. Belə ki, hazırda marketlərdə 17-20 qəpik arası inkubator, 20-25 qəpiyə isə kənd yumurtası təklif edilir.

Qış aylarında havaların soyuması səbəbindən baha olan yumurtanın isti günlərdə niyə bu qiymətə olması maraq doğurur.

Bəs görəsən, yumurtanın qiymətində azalma olacaq?

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov açıqlamasında bahalığın səbəbini istehsalda azalma və yemin qiymətinin artması ilə əlaqələndirib:

“Azərbaycanda yumurta ilə bağlı təklif azalanda qiymətlər artır. Bu o deməkdir ki, istehsalda azalma var. Bu, səbəblərdən birincisidir. İkincisi isə son vaxtlar yumurta istehsalı ilə məşğul olan sahibkarların istehsal xərci artıb. Yemin qiymətində artım öz növbəsində yumurtanın maya dəyərini artırır və belə olan halda da satış qiyməti artır”.

Ekspertin sözlərinə görə, önümüzdəki dövrdə yumurtanın ucuzlaşması gözlənilmir:

“Ola bilər ki, hökumət hansısa təsir vasitələrindən istifadə etsin və qiymətin nisbətən enməsinə nail olsun. Amma bu, iqtisadi baxımdan istehsalçılara fayda verməz. Fərdi təsərrüfatlarda istehsal olunan yəni kənd yumurtası qış və yay aylarında fərqli qiymətə olur. Ona görə ki, qış vaxtı istehsal azalır. Payızdan başlayaraq qışa doğru istehsal azalır ki, bu da kəskin bahalaşmaya səbəb olur.

Yay aylarında isə istehsal artır. Hazırda kənd yumurtasının qiymətində 20 faiz artım görürük. Əvvəl 25 qəpiyə satılan yumurtanın qiyməti 30 qəpiyə qədər çatır. Amma quşçuluq fabrikində istehsal olunan yumurtanın istehsalında elə bir problem olmamalıdır. Yəni orada intensiv qaydada yemlənmə və iş prosesi həyata keçirilir”.

V.Məhərrəmov hazırkı qiymətlərin yumurtanın azalması, yemin az olması, toyuqların kəsimə getməsi və yerinə təminatın olmamasından irəli gəldiyini bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55