Bazar ertəsi, 29 Aprel

Putinin Kim Çen Inə gizli hədiyyəsi

image

Şimali Koreya lideri Kim Çen In Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi hərbi nümayəndə heyətinin şərəfinə ziyafət verib.

Xəbər verilir ki, bu barədə "Koreya səsi" radiostansiyası məlumat yayıb.

Məlumata görə, qəbul başlamazdan əvvəl Sergey Şoyqu Kim Çen Ina Rusiya prezidenti Vladimir Putinin hədiyyəsini təqdim edib. 

"Kim Çen In prezident Putinin göndərdiyi əhəmiyyətli hədiyyəyə görə minnətdarlığını bildirib", - deyə qeyd olunub. 

Məsələ ilə bağlı digər təfərrüatlar verilməyib. 

Xarici analitiklər hesab edirlər ki, səfərin əsas məqsədi Şimali Koreyanın silah və hərbi texnikasının Rusiyaya tədarükü ilə bağlı danışıqlar aparmaqdır. 

Qeyd edək ki, Şoyqunun Şimali Koreyaya səfəri bu gün başa çatıb. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55