Çərşənbə axşamı, 07 May

Bakı metrosundakı insidentə görə iki nəfər həbs edildi - VİDEO

image

Bir neçə gün əvvəl paytaxtın “Əhmədli” metro stansiyasında polislə insidentə görə iki gənc həbs edilib.

Xəbər verilir ki, hadisə metronun platformasına daxil olmaq istəyən qızın çantasını polisin nəzarətində olan rentgen aparatına qoymaqdan imtina etməsindən sonra başlayıb.

Belə ki, gənc qız və yanındakı digər iki xanım polisin çantaları aparata qoymaqla bağlı tələbinə qarşı çıxıblar və mübahisə etməyə başlayıblar. Polislərin onları metroya buraxmadığını görən qız qardaşı, 1993-cü il təvəllüdlü S.Məmmədova (şərti soyadlı) zəng edib. Tanışı, 1991-ci il təvəllüdlü B.Əhmədovla birgə “Əhmədli” stansiyasına gələn S.Məmmədov orada polis əməkdaşları ilə kobud danışmağa, söyüş söyməyə başlayıb.

Daha sonra hər iki şəxs saxlanılıb və barələrində inzibati protokol tərtib edilib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxsə 1 ay müddətinə inzibati həbs cəzası verilib. Onlar müvəqqəti saxlanma məntəqəsinə göndəriliblər.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24