Çərşənbə, 08 May

Bölgə İran PUA-ları ilə bombardman edildi - Hədəflər vuruldu

image

Rusiya işğalçıları gecə saatlarında İran istehsalı”Şahid” PUA-ları ilə şimal-şərq istiqamətindən (Kursk) Ukraynaya hücum edib. Çerkassı vilayətində qeyri-yaşayış infrastrukturu obyekti vurulub, iki nəfər xəsarət alıb.

Xəbər verilir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Ruslar gecə saatlarında Ukrayna ərazisinə 15 kamikadze pilotsuz uçan aparatı atıb. Bunlardan 11-i “Mərkəz” və “Şərq” hava komandanlıqlarının cavabdehlik zonalarında məhv edilib.

Hücumun dəf edilməsinə Ukraynanın zenit-raket bölmələri, qırıcı təyyarələr, Hərbi Hava Qüvvələrinin mobil atəş qrupları və Müdafiə Qüvvələrinin digər komponentlərinin hava hücumundan müdafiəsi cəlb olunub.

Çerkassı vilayəti hərbi administrasiyasının rəhbəri İqor Taburets bildirib ki, hücum səbəbindən bölgədə hava xəbərdarlığı üç saat yarımdan çox davam edib. Hücum nəticəsində dağıntı və tələfat var.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56