Cümə, 26 Aprel

25 yaşlı qadından siyasətçiyə qarşı şok ittiham – Ofisdə eşq macərası

image

ABŞ-ın Nyu-York ştatının qubernatoru, demokrat Endryu Kuomo bu dəfə köməkçisi Alissa Makqrat tərəfindən təcavüzdə ittiham olunub.

Aftafa.tv xəbər verir ki, 33 yaşlı Alissa qubernatorun ondan nə vaxt boşanacağını soruşduğunu, nişan üzüyünü çıxarmasını istədiyini və bir sıra komplimentlər dediyini iddia edib.

Makqrat Kuomonu cinsi ünsiyyətdə ittiham etməyib, amma qubernatorun davranışlarının təcavüzə səbəb olduğunu söyləyib.

Alissa, eyni zamanda, adı çəkilməyən başqa bir həmkarının da Kuomo ilə mütəmadi olaraq görüşdüyünü və mesajlaşdığını deyib.

Kuomonun keçmiş köməkçisi Lindsey Boylan da qubernatorun 2018-ci ildə ofisində ona təcavüz etdiyini bildirmişdi.

Kuomonun digər keçmiş köməkçilərindən biri olan 25 yaşlı Şarlotta Bennett fevralın 27-də 63 yaşlı qubernatorun ona bəzi seksual suallar verdiyini iddia eləmişdi.

Fotoqraf Anna Ruç isə bir neçə gün əvvəl Kuomonun 2019-cu ilin sentyabr ayında bir toyda təəccüblü və utancverici şəkildə ona yaxınlaşdığını demişdi.

İki keçmiş işçisi Ana Liss və Karen Hinton da martın 7-də Kuomonun onlara qarşı pis rəftar etdiyini söyləmişdilər.

Martın 10-da kimliyi açıqlanmayan bir qadın 2020-ci ilin sonunda Kuomonun onu evinə dəvət etdiyini və toxunduğunu iddia etmişdi.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33