Çərşənbə axşamı, 07 May

“Ukrayna NATO üzvü olmağa layiqdir” - Ərdoğan

image

“Ukrayna NATO üzvü olmağa layiqdir”. 

Xəbər verilir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlardan sonra deyib.

“Şübhəsiz, Ukrayna NATO üzvlüyünə layiqdir. Lap əvvəldən ölkəmiz Ukrayna ilə həmrəylik nümayiş etdirib və ona müxtəlif sahələrdə yardım edib. Türkiyə müharibənin beynəlxalq hüquq əsasında danışıqlar yolu ilə başa çatdırılması üçün ən intensiv səy göstərən ölkə olub”, - deyə Ərdoğan qeyd edib. 

O həmçinin bildirib ki, tərəflər arasında məhbusların mübadiləsi istiqamətində işlər aparılır.

Onun fikrincə, münaqişə tərəfləri arasında sülhün əldə olunmasında uduzan olmayacaq:

“Bizim səmimi istəyimiz hər iki tərəfin fikir ayrılıqlarına baxmayaraq, sülhə qayıtmasıdır”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24