Çərşənbə, 08 May

Rusiyaya qarşı hibrid müharibə aparılır - Putin

image

“Şanxay Əməkdaşlıq Təşkilatı ədalətli və çoxqütblü nizamın qurulmasına qətiyyətlə sadiqdir”.

Xəbər verilir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində deyib.

Onun fikrincə, Rusiyaya qarşı hibrid müharibə aparılır:

“Rusiya sanksiyalara və məhdudiyyətlərə əminliklə dözür və buna qarşı çıxacaq da, rus xalqı həmişəkindən də daha möhkəmdir. Mən silahlı qiyam zamanı Rusiyanın konstitusiya quruluşunun qorunması istiqamətində fəaliyyətlərini dəstəklədiklərinə görə təşkilat ölkələrinə təşəkkür edirəm”.

Rusiya lideri əlavə edib ki, Rusiya ilə Çin arasında ticarətin 80%-dən çoxu rubl və yuanla həyata keçirilir, ŞƏT ölkələri ilə ixrac əməliyyatlarında rublun payı isə 40%-i ötüb.

V. Putin vurğulayıb ki, Rusiya Belarusun mümkün qədər tez ŞƏT-ə daxil olmasının tərəfdarıdır, çünki o, Rusiya Federasiyasının ən yaxın strateji müttəfiqidir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32