Şənbə, 18 May

Kiyevə aviasiya hücumunun nəticəsi açıqlanıb

image

Ötən gecə Ukrayna hava hücumundan müdafiə qüvvələri Kiyev səmasında 20-dək raketi zərərsizləşdirib.

Bunu Kiyev hərbi administrasiyasının sözçüsü Mixail Şamanov Şərqi Avropa bürosuna bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın paytaxtına hücumlara ara vermir:

"Kiyevə iyun ayı ərzində 8-ci dəfə hava hücumu təşkil edilib. Düşmən ənənəvi taktikasından istifadə edib. “TU-95” strateji bombardmançı təyyarəsi şəhərə raket zərbələri endirib. Onlar hansısa uğurlar qazandıqlarını göstərməyə çalışırlar".

Şamanov qeyd edib ki, raketin qalıqlarının 25 mərtəbəli binanın üzərinə düşməsi nəticəsində tikinti konstruksiyasına qismən zərər dəyib:

"Baş vermiş yanğın səhər saatlarında lokallaşdırılıb. Artıq 3 nəfərin meyiti aşkar edilib, 11 nəfər xəsarət alıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib, 7 nəfərə isə yerində tibbi yardım göstərilib. Evdə olan 24 sakin təxliyə olunub. Ərazidə xilasedicilər işləməkdə davam edirlər".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41