Bazar, 19 May

Lavrov: ABŞ və Aİ Rusiyanın regiondakı qanuni maraqlarını sıxışdırmaq istəyir

image

ABŞ və Aİ Ermənistan və Azərbaycana kömək etmə istəkləri ilə Rusiya Federasiyasının regiondakı qanuni maraqlarını sıxışdırmaq istəyir.

Xəbər verilir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

O deyib: Biz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının əsasını o zaman qoyduq ki, Rusiya Prezidenti Vladimir Putinin şəxsi müdaxiləsi sayəsində 2020-ci ilin noyabrında yekun nizamlanma prinsipləri üzrə ilk üçtərəfli bəyanat, daha sonra isə daha bir neçə üçtərəfli yüksək səviyyəli bəyanat imzalandı. Bu bəyanatlar vəziyyəti tam normallaşdırmaq üçün lazım olan səylərin müxtəlif aspektlərinə həsr olunub".

S. Lavrov əlavə edib:  “Bu, Ermənistanla Azərbaycan arasında, ümumən Cənubi Qafqazda nəqliyyat və iqtisadi kommunikasiyaların blokadadan çıxarılmasına da aiddir. Biz digər beynəlxalq oyunçuların vasitəçilik sınağına qarşı deyilik. Əsas odur ki, bu vasitəçilik erməni və Azərbaycan xalqlarının, Ermənistan və Azərbaycan dövlətlərinin maraqlarının balansını əks etdirəcək razılaşmaların təmin edilməsi məqsədini güdsün.

Təəssüf ki, ABŞ-ın, Avropa İttifaqının indi gördüyü işlərdə artıq razılığa gəlməyə kömək etmək istəyi deyil, regiona nüfuz etmək, Rusiya Federasiyasının qanuni maraqlarına təzyiq göstərmək və sıxışdırmaq istəyi görürük. Onlar burada, az qala, həlledici rol oynayan qüvvə kimi təsdiqləmək istəyirlər.

Bu, Qərbin - NATO və Aİ üzvlərinin sərhədlərindən uzaqda yerləşən regionlara genişlənmək istəyini əks etdirir. Bunun vəziyyəti sabitləşdirməyə kömək etmək üçün səmimi istəklə heç bir əlaqəsi yoxdur.

Ümid edirəm ki, İrəvandakı və Bakıdakı tərəfdaşlarımız bunu başa düşürlər ki, biz onlarla baş verənləri açıq şəkildə müzakirə edirik və bir daha vurğulayıram ki, razılıqların əldə edilməsi yalnız Rusiya Federasiyası, Azərbaycan prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı həmin üçtərəfli sazişlərin tam icrası çərçivəsində mümkündür".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41