Bazar ertəsi, 29 Aprel

Gələcəkdə bu peşələrə ehtiyac olacaq

image

Universitet imtahanlarından uğur qazanıb-qazanmamaqla yanaşı "Gələcəkdə hansı peşələr ön plana çıxacaq?" sualına cavab da axtarılır. Zibil memarı, kosmos turu bələdçisi, şəhər fermerləri və və başqaları...

Gələcəyin ən maraqlı 7 işini təqdim edirik:

3D robot işçiləri

İstəsəniz, bu robotlardan şəxsi köməkçiniz kimi istifadə edə bilərsiniz. Bundan əlavə, yeni köçdüyünüz evdə lazımi işlərə kömək etmək üçün bu robot işçilərdən istifadə edə biləcəksiniz. 

Zibil memarı

Gələcəkdə dünyada o qədər zibil olacaq ki, onunla mübarizə aparmaq üçün yeni yollar tapmalı olacağıq. Bununla bağlı planlaşdırılan konsepsiyalardan biri də yosunlardan və tullantılardan ibarət havada üzən şəhərlərin yaradılmasıdır ki, orada 20 minə yaxın insan yaşaya bilər. Ya da plastikdən tikilmiş malikanələr... Gələcəkdə zibil memarlarının nə edə biləcəyini belə görəcəyik. 

Kosmik tur bələdçisi

30 dəqiqə ərzində Yerdən uzaqlaşaraq kosmosa getdiyiniz zaman sizə ətrafdakı ən gözəl yerləri göstərmək, ən yaxşı selfi bucaqlarını və pulsuz Wi-Fi qaynar nöqtələrini tapmağınıza kömək etmək üçün kosmos turu bələdçisinə ehtiyacınız olacaq. Bələdçiniz həmçinin sizə əsl Ay parçasını da maqnit olaraq soyuducunuza asmaq üçün hədiyyə edə biləcək!

Rəqəmsal ölüm meneceri

Qulağınızda məntiqsiz səslənirsə, 20-30 il gözləyərək özünüz görə bilərsiniz. İnsanlar internetdə o qədər çox vaxt keçirməyə başlayacaqlar ki, onlar öldükdən sonra sosial media və bank hesablarına baxacaq kiməsə ehtiyac duyacaqlar. Öləndən sonra feysbuk hesabınız dondurulmalıdır, yoxsa tamamilə silinməlidir? Telefonunuzdakı şəkillər ailənizlə paylaşılmalı, yoxsa silinməlidir? Bəs parollar? Bütün bu sualları xüsusi rəqəmsal ölüm menecerinizlə müzakirə edə biləcəksiniz.

Asteroid mədənçiləri

Araşdırmalara görə, asteroidlərin tərkibində platin, rodium və palladium kimi bir çox qiymətli metal var. Bu, şübhəsiz ki, asteroid mədənçiliyini gələcəkdə çox gəlirli bir peşəyə çevirəcək. Ola bilsin ki, uşağınız gələcəkdə kosmos mədənlərində növbəli işləməyə başlasın. 

Maraq təlimçiləri

Bəlkə də siz internetdən məqsədsiz şəkildə istifadə edirsiniz. Məqalədən məqaləyə keçid edirsiniz. Bu nöqtədə, "maraq təlimçiləri" sizin üçündür! Bu təlimçilər sizi ilhamlandıracaq və marağınızı stimullaşdıracaq. Onlar həmçinin yeni ideyaları necə kəşf edəcəyinizi göstərəcək və sizin üçün ən faydalı olan mövzuları tapmağa kömək edəcəklər.

Şəhər fermerləri

Əhalinin artması ilə kənd təsərrüfatına yararlı torpaqlar yaşayış məntəqələrinə çevriləcək. Beləliklə, əkinçilik üçün yeni yollar araşdırılacaq. Damda əkinçilik, şaquli meşə salınması, bir sözlə hər bir boş yer kənd təsərrüfatı üçün qiymətləndiriləcək. Bu zaman bitkilərə qulluq etmək üçün şəhər fermerlərinə ehtiyac yaranacaq. Hətta şəhər çobanlarına da ehtiyac olacaq. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15
image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55