Cümə, 10 May

Kadırovun “sağ əli” və 200 kadırovçu öldürüldü?

image

Rusiya Dövlət Dumasının deputatı, Çeçenistan hökumətinin sədr müavini Adam Sultanoviç Delimxanov Zaporojye istiqamətində öldürülüb.

Xəbər verilir ki, bu barədə məlumatı ukraynalı siyasətçi, hazırda orduda döyüşən Kirill Sazonov yayıb.

Onun sözlərinə görə, hadisə Primorsk şəhərində baş verib.

Sazonov bildirib ki, Delimxanovun məhv edilməsində “Horizont”, “Fobos” və Zaporojyedəki qoşun birləşmələri iştirak edib.

“Delimxanovla birlikdə 200-ə yaxın terrorçu, Ramzan Kadırova yaxın olan şəxslər də məhv edilib. Artilleriya işləyib. Yaralılar yoxdur, hətta təcili yardım maşınları da gəlməyib. Bütün meyitləri helikopterlərlə çıxarıblar. Yarım saat ərzində 12 helikopter uçub”, - Sazonov bildirib.

Siyasətçi qeyd edib ki, Delimxanovun olduğu kortej düşmən texnikasını axtaran ukraynalı hərbçilər tərəfindən təsadüfən aşkarlanıb.

Rusiya mətbuatı isə Delimxanovun sağ olduğunu bildirib. Dövlət Dumasının mətbuat xidməti hadisəni təsdiqləyib və qeyd edib ki, Delimxanov yaralansa da, sağdır.

Məsələ ilə bağlı Çeçenistan Respublikasından rəsmi məlumat verilməyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25