Cümə, 26 Aprel

Dünyanın ən aktiv vulkanlarından biri yenidən fəaliyyətə keçdi - FOTO

image

Dünyanın ən aktiv vulkanlarından sayılan ABŞ-nin Havay adalarında Kilauea vulkanının zirvə kraterində püskürmə baş verib.

Xəbər verilir ki, ABŞ Geoloji Tədqiqat Xidməti (USGS) Havay Vulkan Rəsədxanasının Kilauea zirvəsinin kamera görüntülərində püskürmənin başlanğıcını göstərən parıltılar aşkar etdiyini bildirib.

Lava axınının püskürmənin başladığı Halemaumau kraterində əmələ gələn çatlardan müəyyən edildiyini bildirən USGS, vulkandakı fəaliyyətin yalnız Halemaumauda olduğunu və təhlükənin püskürmənin gedişatına uyğun olaraq yenidən qiymətləndiriləcəyini açıqlayıb.

Bundan əlavə, Havay Fövqəladə Hallar İdarəsinin yaydığı məlumata görə, bölgədəki yaşayış məntəqələri təhlükə altında deyil.

Qeyd edək ki, dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 1983-cü ildən püskürməyə başlayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33