Bazar, 19 May

Bu ölkədə məhkəmə “WhatsApp”ı 37 min dollar CƏRİMƏLƏDİ

image

Rusiya məhkəməsi “WhatsApp”ı 37 min dollar cərimələyib.

Xəbər verilir ki, Moskvadakı məhkəmələrdən birində baxılan  işdə “WhatsApp” vasitəsi ilə qeyri-qanuni yolla depresiya əleyhinə dərman vasitəsinin satıldığı müəyyən edilib.

Məlumata görə, məhkəmə Rusiyanın müvafiq qurumlarının tələbinə baxmayaraq, “WhatsApp”ın qrupu silmədiyi üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və 37 min dollar cərimələyib.

Qeyd edək ki, “WhatsApp” Rusiyada ilk dəfə qadağan olunmuş məzmunu silmədiyi üçün cərimələnib. Bundan əvvəl isə şirkət müxtəlif səbəblərdən cərimələnmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41