Bazar, 14 Aprel

Taksi xidmətlərində özbaşınalıq necə aradan qaldırılmalıdır? - FOTO

image

Azərbaycanda fəaliyyət göstərən taksi xidmətlərindən narazılıqlar, taksi sürücülərinin qanunsuz davranışları və davamlı qəzalara səbəb olmaları ilə əlaqədar mediada çoxsaylı faktlar dərc edilir. Bu məsələyə dərindən diqqət etdikdə həm taksi sürücülərinin, həm də sərnişinlərin şikayətlərinə səbəb olan məqamlara rast gəlirik. Taksi sürücüləri daşımanın və əziyyətin çox, gəlirin az olmasından narazılıq etdikləri halda, sərnişinlər taksi xidmətlərinin keyfiyyətsiz və təhlükəli olduğunu qeyd edirlər.

Taksi sürücülərinin son zamanlar Azərbaycanda aktivləşən kartla ödəniş əməliyyatlarına müsbət yanaşmaması, bəzən məhz buna görə sərnişinlərlə kobud rəftarı da narazılıq yaradan məqamlar sırasındadır.

Taksi xidmətləri ilə bağlı şikayətlər təkcə bu da deyil. Azərbaycanda 75 minə yaxın taksinin olduğu vurğulanır və bu durumun küçə və prospektlərdə ciddi sıxlığa səbəb olduğu, qəzaların artmasına gətirib çıxardığı qeyd edilir.

Taksi sürücülərinin işə yoxlanılaraq götürülməməsi, xüsusilə qadın sərnişinlərə qarşı nalayiq davranışları, insanları hətta bəzən qarət etməyə cəhd göstərmələri isə ümumiyyətlə, ciddi təhlükəyə çevrilmiş bir məqam olaraq vurğulanır. Göründüyü kimi, Azərbaycanda taksi fəaliyyəti ilə əlaqədar hökm sürən özbaşınalıq və xaos ciddi problemlərə gətirib çıxarır.

Bununla əlaqədar taksi xidmətlərinə nəzarəti həyata keçirən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) də bildirilib ki, ölkədə taksi fəaliyyəti ilə bağlı yaranmış problemlər həm sürücüləri, həm də sərnişinləri narahat edir, böyük narazılıqlara səbəb olur. Agentliyin analizinə əsasən, taksi sürücüləri aqreqatorlardan və ağır iş şəraitindən, sərnişinlər kobud sürücülərdən və keyfiyyətsiz xidmətdən, vətəndaşlar isə ümumilikdə taksilərin xaotik və təhlükəli idarə olunmasından, tıxaclar yaratmasından şikayətlənirlər:

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56
image

Tokayev Ermənistana gedir 

  • 13.04.2024 - 11:45
image

Roberto Kavalli vəfat etdi

  • 13.04.2024 - 11:14
image

Sabah 25 dərəcə isti olacaq

  • 11.04.2024 - 12:43