Cümə, 26 Aprel

Məhkəmə Medvedçukun arvadının əmlakını müsadirə etdi - FOTO

image

Ukraynalı müxalifətçi Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenkonun Dnepr sahillərindəki torpaq sahəsi müsadirə edilib.

Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat verib.

“Kiyev Vilayət Prokurorluğu məhkəmədə dəyəri 204 milyon qrivnadan (təxminən 5,5 milyon dollar) çox olan və meşə təsərrüfatı məqsədləri üçün istifadə edilən 9,5 hektarlıq torpaq sahəsinə dövlətin hüququnu təmin edib”, - deyə məlumatda qeyd edilib. 

Prokurorlar məhkəmədə sübut ediblər ki, Kiyev vilayətinin Borispol rayonunda, Dnepr sahillərindəki meşə sahəsinin bir hissəsi qanunun tələblərinə zidd olaraq xüsusi mülkiyyətə verilib.

“Benefisiarı Ukraynada qadağan olunmuş “Müxalifət platforması - Həyat naminə” partiyasının lideri - Ukrayna vətəndaşlığından məhrum edilmiş keçmiş xalq deputatının arvadı olan torpaq sahəsi hüquqi şəxslərin nizamnamə fonduna verilib”, - deyə prokurorluqdan bildirilib.

Baş Prokurorluqdan konkret ad çəkilməyib, lakin Ukrayna KİV bildirir ki, söhbət Oksana Marçenkodan gedir.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33